Dubai
Daha çox müasir məkan kimi tanınan Dubayın qədim tarixi var. Şəhər yaxınlığındakı bir bataqlıqdan tapılmış manqra ağacının üstündə bu ərazinin 7 min illik tarixi keçmişini göstərən yazı var. Manqra ağacı yeni Dubay inşa edilərkən aşkarlanıb. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük şəhərlərindən olan Dubaya və eyniadlı əmirliyə 1830-cu ildən bəri əl-Məktum ailəsi başçılıq edir.
Hazırda Yaxın Şərqin ən böyük maliyyə, ticarət və əsas turizm mərkəzi olan Dubay 1940-cı illərə qədər kiçik bir qəsəbə idi. Əhali dənizdən çıxardığı mirvarini ərzaqla dəyişdirərək yaşayışını təmin edirdi. Yaponlardan saxta yolla mirvari düzəltməyi öyrəndikdən sonra, buranın sakinləri daha rahat gəlir əldə etməyə başladılar. Neft tapıldıqdan sonra isə hər şey dəyişdi. Birləşmiş Əmirliklərin digər yerlərində olduğu kimi, Dubayı da nəhəng inşaat dalğası bürüdü.
Fars körfəzinin sahilində, paytaxt Əbu-Dabidən şimal-şərqdə yerləşən Dubay dünyanın ən isti şəhərləri siyahısındadır. Təsəvvür edin, qışda orta temperatur +25 dərəcə təşkil edir. Ən soyuq ay yanvardır ki, bu zaman temperatur +19 dərəcə olur. Turistlərin ən çox axını da məhz qış fəslinə təsadüf edir. Dünyanın dörd bir tərəfini soyuq şaxtalar dondurarkən insanlar isinmək, istirahət etmək, eləcə də alış-veriş üçün buraya üz tuturlar.
Dubaya necə getmək olar?

Hazırki bloqumuzda biz sizə Bakıdan Birləşmiş Ərəb Əmirliklərinə getməyin yollarını izah edəcəyik. Qeyd edim ki, Dubaya səyahət üçün viza gərəklidir.
BƏƏ-nə Bakıdan birbaşa və ya tranzit uçuşlarla getmək mümkündür. Bakıdan Dubaya birbaşa uçuş 2 saat 20 dəqiqə təşkil edir. Birləşmiş Ərəb Əmirliklərinin ən böyük hava limanı, şəhər mərkəzinə 4 km məsafədə yerləşən Dubay Hava Limanıdır. Dubay Beynəlxalq Hava Limanından mərkəzə çatmağın bir neçə yolu vardır.
401 və 402 nömrəli avtobuslar üç terminalı olan hava limanında, Terminal 1 və Terminal 2-nin dərhal qarşısındakı dayanacaqlardan yola düşür.
Online bilet almaq
Viza prosesi
BƏƏ viza prosesi digər vizalarla müqayisədə çox rahatdır. Viza 5-10 iş günü ərzində hazır olur. Vizaya müraciəti səyahətinizdən ən tez 2 ay və ya ən gec 14 gün öncə etməyiniz məsləhət görülür. Dubaya viza dəstəyi üçün bizə müraciət edə bilərsiniz.

Ərəbistan yarımadasında həm turizm, həm də iş baxımından ən çox seçilən yerlərdən biri olan Dubay, safari tərzi istirahəti ilə yanaşı çimərlikləri ilə də populyardır. Dubaya turizm və ya iş məqsədi ilə getməyinizdən asılı olmayaraq aşağıdakı otel və yaşayış məlumatları sizə mütləq kömək edəcəkdir.
Dubayın mərkəz adı verilən Downtown bölgəsindən çox yerə asanlıqla çata bilərsiniz, ancaq fərqli alternativləriniz də var. Dubay, Avropa şəhərləri kimi deyil. Odur ki, xüsusilə ilk dəfə bu bölgəyə səyahət edənlər üçün bloq hazırladıq.
Dubay dünyanın ən qabaqcıl və gözəl otellərinin yerləşdiyi bir şəhərdir. Ən lüks otellər burada yerləşir və yaşayış bahadır. Gündən-günə də bahalaşmağa davam edir.
Beynəlxalq otellər adi otellərdən daha bahalıdır, çünki işgüzar səfərlərlə bağlı bu otellərə daha çox üstünlük verilir. İşçilər ingilis dilini bilir. İngilis dilli işçi heyəti digər yerli və ya kiçik otellərdə problemdir.
Ən yaxşı otellər “New Dubai” adlanan ərazidədir. Seçiminiz yüksək səviyyəli və luks otellərdirsə, bu bölgədə qalmağınızı məsləhət görürük.
Yay aylarında isə otellərin qiyməti 30-40% enir. Bunun səbəbi, havaların inanılmaz isti olmasıdır.
Dubayda qalmağınızı tövsiyə etdiyimiz ümumilikdə 5 bölgə vardır. Bunlar, Deira, Bur Dubai, Downtown Dubai, Jumeirah və Palm Jumeirah bölgələridir. Çoxu bir-birinə yaxın olsa da, özünüzə uyğun olanı seçib otellərə baxa bilərsiniz. Bunu söyləməyimin səbəbi bəzi bölgələrin tamamilə alış-veriş, bəziləri çimərlik və bəzilərinin lüks yaşayış mərkəzli olmasıdır. Ən idealı Downtown olsa da, bütün bölgələri araşdırmağınızı təklif edirəm.
Lüks otellərdən məsləhətimiz, Burj Al Arab, Qasr Al Sarab Desert Resort by Anantara, Shangri-La Hotel;
Orta səviyyəli otellərdən XVA Art Hotel, Novotel, Arabian Courtyard Hotel & Spa,
Emirates Grand Hotel Apartments;
Ucuz otellərdən isə Orient Guest House, Ibis Deira City Centre, Deira Palace Hotel ola bilər.